XƏBƏRLƏR / Siyasət

Bu gün Vaşintonda Blinken-Bayramov-Mirzoyan görüşü olacaq

Üştərəfli görüş barədə erməni mənbələri məlumat yayıb

Bu gün Vaşintonda Blinken-Bayramov-Mirzoyan görüşü olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Vaşinqtonda ABŞ Dövlət katibinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar baş tutacaq. Bu barədə Ermənistan XİN məlumat yayıb.

    Ermənistan XİN-dən bildiriblər ki, bu görüş Vaşinqtonda əldə olunmuş razılığa əsasən baş tutacaq.

    Qeyd edək ki, iyulun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.