XƏBƏRLƏR / Siyasət

Qaribaşvili Azərbaycana gəlib FOTO

Gürcüstanın Baş nazirini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb

Qaribaşvili Azərbaycana gəlib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:41

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya yola düşüb.

    "Sputnik Georgia" xəbər verir ki, mətbuat xidmətinin məlumatında onun Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər etdiyi qeyd olunub.

    İrakli Qaribaşvili SPECA (Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatı üçün Xüsusi Proqramı) iqtisadi forumunda fəxri qonaq qismində iştirak edəcək.

    Baş nazirin Prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulub. O, forum çərçivəsində planlaşdırılan hökumət başçılarının sammitində çıxış edəcək.