Blinken Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib
Bu barədə Antoni Blinken Twitter-də məlumat verib
ABŞ Dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel ilə Cənubi Qafqazda sülhü müzakirə edib.
Bu barədə Antoni Blinken Twitter-də məlumat verib:
"Bu gün Aİ Şurasının Prezidenti Şarl Mişel ilə Ukraynaya dəstək, Cənubi Qafqazda sülh və transatlantik tərəfdaşlığımızın dərinləşdirilməsi məsələlərini müzakirə etmək çox xoş idi", - Blinken bildirib.
Xatırladaq ki, mayın 14-də Brüsseldə Şarl Mişelin iştirakı ilə Əliyev-Paşinyan danışıqları planlaşdırılır.