Macarıstan da İsveçin NATO-ya qəbulunu təsdiqləməyə hazırdı
Bu barədə Macarıstan Prezidenti Katalin Novak məlumat verib

Macarıstan isə İsveçin NATO-ya qəbulunu təsdiqləməyə hazırdır.
Macarıstan Prezidenti Katalin Novak İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin Türkiyə parlamentinin ratifikasiyasını alqışlayıb:
"Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi. İndi növbə bizdədir. Mən Macarıstan və İsveçin baş nazirlərini danışıqlara çağırıram. Mənim mövqeyim dəyişməz olaraq qalır: İsveçin [NATO-ya] üzvlüyünə gəlincə, "lehinənin" "əleyhinədən" çox tərəfdarları var".