XƏBƏRLƏR / Siyasət

Azərbaycan və İsrail XİN rəhbərləri Qüdsdə görüşdülər YENİ

Bu gün İsraildə səfirliyimiz açılmalıdır

Azərbaycan və İsrail XİN rəhbərləri Qüdsdə görüşdülər YENİ
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:45

    Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir. Bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.

    O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir. “Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - deyə nazir qeyd edib.

    ***

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşüb. Görüş Qüds şəhərində baş tutub. 

    Birgə fotonun çəkilməsindən sonra ikitərəfli görüş başlayıb.

    Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

    Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.