Viktor Orban Azərbaycana gəlir
Oktyabrın 6-7-də Qəbələdə Türk Dövlətlər Təşkilatının Zirvə toplantısı keçiriləcək

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Səfər zamanı Macarıstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqlar aparacaq.