Viktor Orban Qəbələdə səfərdədir FOTO
Macarıstanın Baş naziri TDT-nin Zirvə Görüşündə iştirak edəcək

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.