XƏBƏRLƏR / Siyasət

Paşinyan daha KTMT-dən çıxmır

Ermənistanın baş naziri bir gün əvvəl KTMT-nin Minsk zirvə toplantısına getməyəcəyini demişdi

Paşinyan daha KTMT-dən çıxmır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Paşinyan bildirib ki, İrəvan strateji mənada KTMT-dən çıxmaq qərarına gəlməyincə öz siyasətində dəyişiklik elan etmək niyyətində deyil.

    "Biz müxtəlif səbəblərdən KTMT-nin bu tədbirlərinə qatılmamaq qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur”, - Paşinyan müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırıb.

    Bundan əvvəl Ermənistanın baş naziri təşkilatın Minskdə keçiriləcək sammitinə getməkdən imtina edib.

    Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov qərarını şərh edərkən təəssüfləndiyini bildirib.

    Belarus Prezidenti Aleksandr Lukaşenko isə telefon söhbətində Paşinyana “tələsməməyi, tələsik qərarlar vermək yerinə, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi şəkildə nəzərdən keçirməyi” təklif edib.