XƏBƏRLƏR / Siyasət

Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı milli intihara sürükləyir

"Vaşinqton İrəvanı dəyərlərdən, ənənələrdən və sərfəli iqtisadi əlaqələrdən əl çəkməyə aparır"

Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı milli intihara sürükləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) öz bəyanatında ABŞ Dövlət Departamentinin “Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarını stimullaşdırmaq üçün işləri nəzərəçarpacaq dərəcədə sürətləndirdiyini” bildirib.

    Bəyanatda qeyd edilir ki, Vaşinqton “Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərə əsasən, nəhayət, Ermənistanı qərbyönlü inkişaf kursuna çevirmək istəyir”.

    XKX əlavə edib ki, Birləşmiş Ştatlar “Ermənistanı milli intihara sövq edir, İrəvanı dəyərlərdən, ənənələrdən və sərfəli iqtisadi əlaqələrdən əl çəkməyə aparır”. Bəyanata görə, Vaşinqton “Ermənistanın Rusiya, Aİİ və KTMT ilə əməkdaşlığını gözdən salmaq üçün təbliğat kampaniyası aparmaq” niyyətindədir.