XƏBƏRLƏR / Siyasət

Moskva Paşinyana bəzi məsələlərdən narahatlığını bildirib

Ermənistan mediası xəbər verir

Moskva Paşinyana bəzi məsələlərdən narahatlığını bildirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:55

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb

    Bu barədə Rusiya hökumətinin press-relizində deyilir.

    Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini müzakirə ediblər.

    Mixail Mişustin və Nikol Paşinyan müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasının vacibliyini qeyd ediblər.

    Baş nazirin müavini Aleksey Overçuk bildirib ki, Paşinyan Mişustinlə görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcəyini təsdiqləyib.

    Overçuk bildirib ki, Rusiya və Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı müzakirə edir. Onun sözlərinə görə, Moskva da bu qarşılıqlı əlaqə ilə bağlı bir sıra məsələlərdən narahatlığını bildirib.

    ***

    14:14

    Ermənistanın baş naziri Nikol Paşinyan ikigünlük işgüzar səfərlə Rusiyanın Altay Respublikasına gəlib və burada o, Qornı Altayskda keçiriləcək Beynəlxalq Ətraf Mühit Konfransında iştirak edəcək.