Tokayev İlham Əliyevə təşəkkür edib
Bu barədə Qazaxıstan lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata bəyanatında deyib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə öz ölkəsinin ərazisindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərara görə təşəkkür edib.
Akordanın verdiyi məlumata əsasən, bu barədə Qazaxıstan lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuata bəyanatında deyib.
"Bu ilin noyabrında Azərbaycan ərazisindən Ermənistana Qazaxıstandan 1 min ton həcmində ilk taxıl partiyası çatdırılıb. Bu təşəbbüsün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Qazaxıstan Ermənistana müntəzəm əsasda yüksək keyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır", - deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti həmçinin qeyd edib ki, Astana və İrəvan ticarətin daha da inkişafı üçün səy göstərməyi razılaşıblar.
1 dəqiqədən az