XƏBƏRLƏR / Siyasət

İlham Əliyev rusiyalı İqor Xovayevi qəbul edib YENİLƏNİB

Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Bakıya İrəvandan gəlib

İlham Əliyev rusiyalı İqor Xovayevi qəbul edib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlham Əliyev İqor Xovayevi qəbul edib. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İrəvandan Bakıya gəlib.

    Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.

    İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verib.