XƏBƏRLƏR / Siyasət

Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib

Bu barədə Ukrayna Prezidenti iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib

Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib.

    Bu barədə Zelenski iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.

    VİDEO

    V.Zelenskinin sözlərinə görə, bu gün Ukrayna "dünyanın ən böyük dron potensialına" malikdir və tərəfdaşlarına "Drone Deal" təşəbbüsü vasitəsilə əməkdaşlığı inkişaf etdirməyi təklif edir.

    O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur:

    "Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək".