XƏBƏRLƏR / Siyasət

İvanişvili ABŞ səfirinin görüş xahişinə rədd cavabı verib

Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb YENILƏNIB

İvanişvili ABŞ səfirinin görüş xahişinə rədd cavabı verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:40

    “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ABŞ səfiri ilə görüşməməsinin səbəbini açıqlayıb:

    "Əvvəlki administrasiya dövründən Amerika tərəfi mənə qarşı əvvəlcə qeyri-rəsmi, sonra isə rəsmi sanksiyalar tətbiq etdi. Bu cür şəxsi şantaj fonunda səfirlə görüşməyimi və dövlət işləri ilə bağlı danışmağımı düzgün hesab etmirəm. Belə bir məqamda mən mütləq bir kompleks inkişaf etdirəcəyəm ki, dövlət məsələlərində mənim şəxsi maraqlarıma zidd olan qərarlar verəcəyəm.

    Görüşməkdən imtina etməklə yanaşı, biz ABŞ səfirinə Gürcüstanın baş naziri ilə görüş təklif etdik. Lakin səfir bundan imtina etdi və bu, bizdə belə qənaətə gəlməyə əsas verir ki, onlar şəxsi şantajı Gürcüstanın dövlət maraqları ilə bağlı potensial qərarların qəbulunda aparıcı amil hesab edirlər." -  İvanişvili deyib.

    ***

    13:43

    Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ABŞ səfiri Robin Danniqanın görüş təklifinə rədd cavabı verib.

    Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, dövlət katibi Rubionun xahişi ilə Danniqan mayın 22-də Bidzina İvanişvili ilə görüş istəyib, lakin İvanişvili səfirlə görüşdən imtina edib.

    Xatırladaq ki, ABŞ səfiri Robin Danniqan 26 May Gürcüstanın Müstəqillik günü münasibətilə Tbilisidə keçirilən hərbi paradda iştirak etməyib. Səfirlik bunu diplomatın Tbilisidə olmaması ilə əlaqələndirib.