XƏBƏRLƏR / Siyasət

Paşinyan Brüsselə işgüzar səfərə gedib YENİLƏNİB/FOTO

Bu haqda Ermənistan mətbuatı xəbər verir

Paşinyan Brüsselə işgüzar səfərə gedib YENİLƏNİB/FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:17

    Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş başlayıb.

    Bu barədə "Armenpress" xəbər verir.

    Danışıqlarda Ermənistan nümayəndə heyətini baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə naziri Srbui Qalyan, daxili işlər naziri Arpine Sarkisyan, XİN başçısının müavini Vahan Kostanyan və Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan təmsil edir.

    Avropa tərəfindən görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos və digər rəsmilər iştirak edirlər.

    "Aİ Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma istiqamətində atdığı addımları dəstəkləyir".

    Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta özünün “X” hesabında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən yazıb.

    “Avropa İttifaqı Ermənistanın ambisiyalı islahatlarını dəstəkləyir. Biz Ermənistanın Cənubi Qafqazda stabilliyin bərqərar edilməsi üçün göstərdiyi səyləri alqışlayır. Yaxın vaxtlarda əldə olunmuş Aİ-Ermənistan Əməkdaşlıq Gündəliyi əlaqələrimizdə yeni bir fəsildir. Hansı ki, regional və iqtisadi münasibətləri möhkəmləndirir. Biz 2026-cı ildə Ermənistanın Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, - Koşta paylaşımında qeyd edib.

    ***

    10:02

    Ermənistan baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.

    Bu gün Nikol Paşinyan və Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş planlaşdırılır.

    Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Vever ilə də görüşəcək.