XƏBƏRLƏR / Siyasət

Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib

Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

    TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara "tamamilə fərqli bir məna verməməyə çağırıb.

    Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib.

    Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və səciyyələndirici xüsusiyyətlərdən danışıb.