ABŞ sərhəddəki toqquşmaya reaksiya verdi
Vedant Patel: Dövlət Departamenti bundan sonra da məsələ olə dərindən məşğul olacaq
Azərbaycanla Ermənistan arasında sülh sazişi mövzusu Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.
Onun sözlərinə görə, ABŞ irəliyə doğru aydın bir yolun olduğuna inanır və mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən məmnundur.
Patel danışıqların səmərəli olduğuna inandığını bildirib və Brüsseldə keçiriləcək danışıqların davamı üçün zəmin olduğunu vurğulayıb.
ABŞ rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar davamlı sülhə doğru əldə olunan tərəqqiyə xələl gətirir.
Qeyd edək ki, Ermənistan ordusu yenidən təxribatlara əl atıb. Ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.