XƏBƏRLƏR / Siyasət

Avropa Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib

Bu barədə Avropa İttifaqının Şurası məlumat yayıb

Avropa Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

    Bu barədə Aİ Şurası məlumat yayıb.

    14-cü paketdə Aİ Rusiyanın 116 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

    Sanksiyalara o cümlədən, Rusiya şift qazının Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər daxildir.

    Aİ 14-cü sanksiya paketinə Rusiya Federasiyası, Çin, BƏƏ və Türkiyədən 61 firma daxil edib, onlara qarşı ikili istifadə texnologiyalarının ixracına məhdudiyyətlər qoyulub.

    - Aİ Rusiyadan helium idxalını və manqan filizlərinin, bir sıra plastik növlərinin, nadir torpaq elementlərinin, elektron komponentlərin Rusiya Federasiyasına ixracını qadağan etdi;

    - Aİ öz aviaşirkətlərinə Rusiyadan fiziki və hüquqi şəxslərin sifarişi ilə dünya üzrə çarter və şəxsi uçuşlar həyata keçirməyi qadağan edib;

    - Üçüncü ölkələrə hərbi mallar satan Aİ şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyən etməli və qiymətləndirməlidir.