Donald Trampın diqqət çəkən sərt bəyanatları
ABŞ-ın 47-ci prezidenti Ağ evdə jurnalistlərlə söhbət edib
ABŞ prezidenti Donald Trampın jurnalistlər qarşısında verdiyi bəyanatları:
- BRİKS ölkələrinə ən azı 100% ticarət tarifləri tətbiq oluna bilər;
- Rusiyaya qarşı sanksiyalar Ukraynada müharibə bitənə qədər qüvvədə qala bilər;
- Fevralın 1-dən Kanada və Meksikadan gələn bütün mallara 25% rüsumun tətbiqi planlaşdırılır;
- Xarici siyasətdə prioritet ABŞ-ın təhlükəsizliyini təmin etmək olacaq;
- NATO ölkələri ÜDM-in 5%-ni müdafiəyə xərcləməlidir;
- Aİ ölkələri ABŞ-dan daha çox neft və qaz almalıdır, əks halda yeni rüsumlar tətbiq oluna bilər.
Jurnalist: “Ukraynadakı müharibəni bir günə bitirəcəyinizi dediniz”.
Tramp: "Cəmi yarım gün keçib. Hələ yarım günüm var. Baxarığ. Biz hər şeyi bitirmək istəyirik".
“Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq”: Putin müqavilə bağlamaqdan imtina edərək Rusiya Federasiyasını məhv edir. O, razılığa gəlməlidir, ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Zelenski nizamlanma razılaşmasına sadiqdir.