Putin Trampı təbrik etdi FOTO
Bunu Rusiya Prezidenti Təhlükəsizlik Şurasının iclasında bildirib
Moskva Donald Trampı ABŞ prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Rusiya “Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıqdır”. Putin əlavə edib ki, “məqsəd qısamüddətli atəşkəs yox, bu regionda yaşayan bütün xalqların qanuni maraqlarına hörmət əsasında uzunmüddətli sülh olmalıdır.
Onun sözlərinə görə, Kreml “ABŞ ilə dialoqun bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmasından irəli gəlir”.