XƏBƏRLƏR / Siyasət

Tramp Kanadada keçirilən G7 Sammitini erkən tərk edib

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib

Tramp Kanadada keçirilən G7 Sammitini erkən tərk edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağ Evin mətbuat katibi Kerolayn Levitt daha əvvəl "X"də ABŞ Prezidenti Donald Trampın Kanadada keçiriləcək G7 sammitini erkən tərk edəcəyini bildirmişdi.

    Tramp Kanadanı tərk etdiyi zaman Truth Social şəbəkəsində İrana qarşı növbəti sərt bəyanatla çıxış edərək çağırış etdi: “Hamı dərhal Tehrandan çıxsın!”  

    “İran mənim onlara imzalatmaq istədiyim ‘sazişi’ qəbul etməli idi. İndi isə hər şey utancvericidir və insan həyatının boşa getməsi ilə nəticələnir. İran nüvə silahına sahib ola bilməz! Mən bunu dəfələrlə demişəm! Hər kəs dərhal Tehrandan evakuasiya olunmalıdır!”

    Xəbər verilir ki, Trampın dalınca Sammiti ABŞ Dövlət katibi Marko Rubio da tərk edib.