"Biz Kərkük türklərinin yanında olmuşuq və olacağıq" VİDEO
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda bəyan edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.
İraqın Kərkük hadisələrindən danışan Fidan “İraqın əsas və qurucu ünsürlərindən olan türkmən soydaşlarımızın vətəni Kərkükdə insan itkisi ilə nəticələnən gərginliyin yaranması bizi kədərləndirir və dərindən narahat edir" deyib.
"İraq səlahiyyətlilərindən son vaxtlar şəhərdə artan PKK varlığına son qoymasını tələb edirik" deyən Hakan Fidan türkmənlərə hər sahədə dəstəyimizi davam etdirəcəyik" söyləyib.