XƏBƏRLƏR / Siyasət

Ərdoğan təyyarədə bir sıra vacib bəyanatlar verib

Bu barədə Anadolu Ajansı məlumat verib

Ərdoğan təyyarədə bir sıra vacib bəyanatlar verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Efiopiyaya səfərindən sonra verdiyi əsas açıqlamalar:

    - "Türkiyə Suriyada tam inteqrasiya istiqamətində atılan addımları yaxından izləyir, müvafiq razılaşmanın həyata keçirilməsi üçün lazımi təkliflər verir";

    - "İrana qarşı yeni müharibə heç kimə fayda verməyəcək; əksinə, region uduzacaq";

    - "Türkiyə bütün həmkarlarına İrana hərbi müdaxiləyə qarşı olduğunu bildirib";

    - "Ərdoğan Sülh Şurasının Qəzzada davamlı sabitliyin, atəşkəsin və sülhün təmin edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib";

    - "Türkiyə Qəzza Sülh Şurasında iştirak etmək üçün dəvət alıb. Xarici işlər naziri Hakan Fidan Şuranın ilk iclasında ölkəni təmsil edəcək";

    - "Türkiyə AB-yə əhəmiyyətli və müsbət töhfə verə bilər. Avropanın Türkiyəni müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil etməsinin vaxtı gəlib çatıb";

    "Ümid edirəm ki, indi hamı başa düşüb ki, Avropa Türkiyə olmadan etibarlı təhlükəsizlik sistemi yarada bilməyəcək."