ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
İqlim üzrə xüsusi nümayəndənin müavini Syu Biniaz COP29-la əlaqədar Bakda səfərdədir

ABŞ səfirliyinin məlumatına görə, o, noyabrda Bakıda COP29-un keçirilməsinə Vaşinqtonun dəstəyini ifadə etmək üçün rəsmi şəxslərlə görüşəcək.
Biniaz həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.
Bundan öncə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun ABŞ-a səfəri zamanı enerji təhlükəsizliyi və iqlim sahəsində dialoq razılaşdırılıb.