XƏBƏRLƏR / Siyasət

Ankarada növbədənkənar TDT sammiti keçiriləcək

Türkiyə tərəfindən təşkil edilən Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə toplantısı martın 16-da keçiriləcək

Ankarada növbədənkənar TDT sammiti keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezident Administrasiyasının Əlaqələr Ofisindən verilən məlumata görə, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə toplantısı keçiriləcək.

    “Türkiyə tərəfindən təşkil edilən Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə toplantısı 2023-cü il martın 16-da Türkiyə prezidentinin Ankaradakı rəsmi iqamətgahında keçiriləcək”, - deyə məlumatda bildirilir.