Ərdoğan: Fransa terrorun əsas dəstəkçisidir
Türkiyə Prezidenti Aydın vətəndaşlarına müraciət edib

Türkiyə prezidenti qeyd edib ki, Fransanın “Lafarge” sement şirkəti Suriyanın şimalında terrorçular üçün sığınacaqlar tikir. Ərdoğan Fransanın terrorun əsas dəstəkçisi olmasından təəssüfləndiyini bildirib:
“Fransa bacarmadı. Biz nə etdik? Suriyanın şimalında "Lafarge" tərəfindən tikilən bütün sığınacaqları məhv etdik və dayanmayacağıq, vəssalam!”