Ermənistan KTMT-də iştirakını dayandırıb
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.
"Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq", - deyə N.Paşinyan bildirib.