XƏBƏRLƏR / Siyasət

İsrailin Bakıdakı səfirliyi müvəqqəti olaraq bağlanıb

Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir

İsrailin Bakıdakı səfirliyi müvəqqəti olaraq bağlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin Azərbaycandakı səfirliyi ümummilli tətillə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.

    Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

    Bazar ertəsi İsrailin dünya üzrə diplomatik nümayəndəliklərinə məhkəmə islahatlarına etiraz olaraq ölkədə keçirilən ümummilli tətilə qoşulmaq göstərişi verildiyi barədə məlumatlar ortaya çıxdı.

    Səfirlik bildirib ki, tətilin başa çatması barədə daha sonra məlumat veriləcək.