XƏBƏRLƏR / Siyasət

Rişi Sunak Kiyevə səfər edəcək

Bu barədə “Sky News” telekanalı xəbər verib

Rişi Sunak Kiyevə səfər edəcək
Rişi Sunak
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Kiyevə səfərə gələcək. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.

    Bu barədə “Sky News” telekanalı xəbər verir.

    Telekanalın məlumatına görə, Sunak Kiyevə səfəri əsnasında yeni hərbi yardım paketi barədə elan edəcək. London 2024-2025-ci illərdə Kiyevə 2,5 milyard funt-sterlinq hərbi yardım ayıracaq ki, bu da əvvəlki iki ildə olduğundan 200 milyon funt-sterlinq çoxdur. Britaniyanın Baş naziri, həmçinin təhlükəsizlik təminatı və humanitar yardım veriləcəyini də elan edəcək.

    Rişi Sunakın Ukrayna Prezidenti ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayacağı da gözlənilir. Bu sənəd kəşfiyyat məlumatlarının mübadiləsini, kibertəhlükəsizliyin təmin edilməsini, tibbi və hərbi hazırlığı, müdafiə sənayesi üzrə əməkdaşlığı nəzərdə tutur.