XƏBƏRLƏR / Siyasət

Bayden Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət edib

"Bakı ilə İrəvan arasında sülh sazişi Azərbaycanın regiondakı rolunu kökündən dəyişəcək"

Bayden Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı ilə İrəvan arasında sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu kökündən dəyişəcək, ABŞ prezidenti Co Bayden Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində bildirib.

    Baydenin müraciətində qeyd olunur ki, regional sabitlik və qarşılıqlı əlaqə ABŞ üçün prioritetdir.

    "Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək və Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim rəhbər prinsiplərimiz olaraq qalsın".