Şimali Kipr parlamentinin sədri Azərbaycana gəldi
Zorlu Töre Türk Dövlətləri Parlament Assambleyasının iclasında iştirak edəcək

Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre Azərbaycana səfər edib.
Parlament sədrinin səfəri iyunun 5-6-nı əhatə edəcək.
Zorlu Törenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Türk Dövlətləri Parlament Assambleyasının (TÜRK PA) iclasında iştirak edəcək. Daha sonra parlament səviyyəsində görüşlərin keçiriləcəyi planlaşdırılır.