Bono: Məqsədimiz Bakı və İrəvan arasında sülhə nail olmaqdır
ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Bakıda jurnalistlərə danışıb
Dövlət Departamentinin nümayəndəsi ABŞ-ın Azərbaycan və Ermənistanla bağlı yekun məqsədini açıqlayıb
ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bazar ertəsi Bakıda jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistana yardımı davam etdirməyə hazırdır.
“Sülh müqaviləsi davamlı olmalıdır. Bu, ABŞ və ya digər ölkələrdən deyil, tərəflərdən gəlməlidir”.
Onun sözlərinə görə, Vaşinqton üçün Azərbaycan və Ermənistanın vasitəçilik formatından asılı olmayaraq əlaqə saxlaması vacibdir.
“Bizim əsas məqsədimiz Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır. Sülh hər iki tərəf üçün faydalıdır. Münhendə keçirilən görüşdə (18 fevral 2023-cü il) hər iki tərəf sülh istədiklərini bəyan etdilər”.
Bono əlavə edib ki, sabah Ermənistana yola düşəcək. "Mənim (regiona) səfərimin məqsədi tərəfləri dialoqa və yeni görüşə təşviq etməkdir", - o deyib.