16:15
Bu gün İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb.
Mərasimdə ABŞ-la yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib.
Donald Tramp tədbirdə bildirib ki, bu şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.
“Və inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün - təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şeyə çevrilə bilər", - o deyib.
Mərasimdə iştirak edən ölkələrin siyahısı:
ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistan.
Sülh Şurası əvvəlcə Qəzza zolağında sülh şərtlərinə riayət olunmasını izləmək üçün yaradılmışdı. Lakin Donald Tramp dünyanın digər yerlərindəki münaqişələri həll etmək üçün təşkilatın mandatını genişləndirmək qərarına gəldi. 58 ölkə təşkilata qoşulmağa dəvət edilib. Əsasən Fələstin xalqını dəstəkləmək üçün təşkilata hər bir ölkə 1 milyard dollar (daimi üzvlük üçün tələb olunan məbləğ) ödəməlidir.
***
14:21
Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilir.
BİRBAŞA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar.






***
2 dəqiqə