NATO baş katibinin nümayəndəsi Bakıda səfərdədir
Xavyer Kolomina XİN rəhbəri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitter hesabında Azərbaycana səfəri barədə yazıb:
"Bakıda xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyevlə xoş görüşlər. Biz son danışıqlardan sonra NATO-Azərbaycan ikitərəfli əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyində rolu və sülh prosesinin vəziyyətini müzakirə etdik. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır".