XƏBƏRLƏR / Siyasət

Ərdoğan Putinlə telefonla danışıb YENİLƏNİB

Tərəflər Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər

Ərdoğan Putinlə telefonla danışıb YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti R.T.Ərdoğan rrusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

    Türkiyə Prezidentinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, iki lider Putinin Türkiyə səfəri ilə bağlı razılığa gəliblər.

    Prezident Ərdoğan Rusiyanın Türkiyənin meşə yanğınları ilə mübarizəsi üçün göndərdiyi 2 amfibiya yanğınsöndürmə təyyarəsi üçün həmkarına təşəkkür edərək, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylərlə turizmdə rekordun qırılacağına inandığını bildirib. 

    Rusiya-Ukrayna müharibəsi zamanı gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu ifadə edən prezident Ərdoğan, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğuladı.

    Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimə fayda vermədiyinə, ən çox zərəri az gəlirli və taxıla ehtiyacı olan ölkələrin görəcəyinə diqqət çəkən prezident Ərdoğan, tətbiq zamanı 23 faiz ucuzlaşan dənli bitkilərin qiymətlərinin son iki həftədə 15 faiz artdığını söylədi. 

    Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Qara Dəniz Təşəbbüsünün davam etdirilməsi üçün intensiv səylər və diplomatiya həyata keçirməyə davam edəcək.(AA)

    ***

    Ərdoğan və Putin telefon danışığı zamanı Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər - Ərdoğanın ofisindən xəbər verirlər.

    Ərdoğan Rusiya prezidentinə Ankaranın taxıl müqaviləsinin bərpası üçün səylərini davam etdirəcəyini də bildirib.

    Kreml hələlik bu bəyanatlara münasibət bildirməyib.

    ***

    İyulun 29-da Rusiya prezidenti avqustun 2-də telefon danışığı planlarını açıqlayıb. Putinin sözlərinə görə, onlar daha əvvəl Ərdoğanla danışacaqdılar, lakin münasib vaxt tapa bilməyiblər.

    Türkiyə mətbuatı xəbər verir ki, görüşün əsas mövzusunun taxıl müqaviləsinin gələcəyi olacağı gözlənilir.