Ərdoğan "Sülh Sammiti"ndə iştirak üçün Misirə səfər edəcək
Bu barədə Türkiyə televiziyaları xəbər yayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək "Sülh Sammiti"ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək.
Bu barədə Türkiyə televiziyaları məlumat yayıb.
Səfərin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "Sülh Sammiti" keçiriləcək.