Moskva Ermənistana barmaq silkələdi
Rusiya XİN: İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməzdir
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Haaqa məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb.
Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “qarantları” fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - mənbə bildirib.