Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşüb.