XƏBƏRLƏR / Siyasət

Ər-Riyadda ABŞ-Rusiya danışıqları yaxşı keçib YENİLƏNİB

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib

Ər-Riyadda ABŞ-Rusiya danışıqları yaxşı keçib YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Rusiya ilə ABŞ arasında danışıqlar yaxşı keçib.Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb.

    Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

    Onun sözlərinə görə, bütün məsələlərlə bağlı ciddi müzakirə aparılıb.

    Hələlik Rusiya ilə ABŞ-nin yaxınlaşdığını söyləmək çətindir. Lakin bu barədə söhbət aparılıb. Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər, həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır”.

    Uşakov qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir: “Putin və Trampın görüşünün gələn həftə baş tutması ehtimalı azdır, konkret tarixlər barədə danışmaq çətindir”.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən Rusiya-ABŞ danışıqları 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib.

    Ər-Riyaddakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil ediblər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.

    ***

    11:37

    Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumatda deyilir ki, artıq Rusiya nümayəndə heyəti Ər-Riyadda ABŞ tərəfi ilə danışıqların aparılacağı məkana gəlib.

    Rusiyanı danışıqlarda xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. ABŞ nümayəndə heyyətinə Dövlət katibi Marko Rubio başçılıq edir.