XƏBƏRLƏR / Siyasət

Nikol Paşinyan Fransada səfərdədir

Bu barədə “Sputnik Armenia” məlumat yayıb

Nikol Paşinyan Fransada səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə gedib.

    Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

    Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə səfərə yola düşüb.

    Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

    Qeyri-rəsmi xarakter daşıyan səfər iki gün davam edəcək.

    Məlumata görə, N.Paşinyan Fransa müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyanın təkrar dəfn mərasimində iştirak edəcək.

    Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 2023-cü ilin iyulunda N.Paşinyanı ölkəsinə dəvət etmişdi.