XƏBƏRLƏR / Münaqişə

Ukrayna dronları Moskvada 9 May paradında uça bilər

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda 8-ci ASB Zirvə Toplantısında deyib

Ukrayna dronları Moskvada 9 May paradında uça bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”, – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    Zelenski qeyd edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün zəiflədiyini göstərir.

    Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putin müharibənin gələcək istiqaməti barədə qərar verməli olacaq, ya müharibəni davam etdirmək, ya da diplomatik yola keçmək. Ukrayna lideri Kremli diplomatik yolu seçməyə məcbur etməyin lazım olduğunu vurğulayıb.