XƏBƏRLƏR / Münaqişə

TBMM İsrailin Suriyaya hücumunu pisləyən qətnamə qəbul edib

Bu barədə Türkiyə mətbuatı yazır

TBMM İsrailin Suriyaya hücumunu pisləyən qətnamə qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin Suriyaya hücumlarını pisləyən qətnamə qəbul edib.
    Sənəddə deyilir: "İsrailin Suriyaya, o cümlədən Dəməşqə qarşı iyrənc hücumlarını qəti şəkildə pisləyirik. Suriya xalqına dəstəyimizi bir daha bildiririk".

    Parlament İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozaraq Suriyanın ərazi bütövlüyünə təcavüz etdiyini vurğulayır.