XƏBƏRLƏR / Münaqişə

İsrail ordusu Suriyanın Müdafiə Nazirliyinə zərbə endirib

Bu barədə "Reuters" və "Sana" agentlikləri məlumat yayıb FOTO

İsrail ordusu Suriyanın Müdafiə Nazirliyinə zərbə endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə yerləşən Suriya Baş Qərargahı kompleksinə zərbələr endirdiyini açıqlayıb.

    İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatına görə, hücum pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib: “Biz bu yaxınlarda Dəməşqdəki Suriya hərbi qərargahının giriş qapısını vurduq”, - deyə məlumatda bildirilir.
    "Reuters" də öz növbəsində Suriya Müdafiə Nazirliyinin binasının vurulduğunu bildirib.