İsrail Suriyanın Hələb hava limanını vurub.
Bu barədə Suriya mətbuatı məlumat yayıb.
Bildirilib ki, uçuş-enmə zolağına maddi ziyan dəyib, lakin itki yoxdur.
Qeyd edək ki, 7 oktyabrdan başlayan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.