Söyüdlü kəndində mövcud vəziyyətlə bağlı komissiya yaradılıb
Bununla bağlı Baş nazir Əli Əsədovun sərəncam imzalayıb
Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində mövcud vəziyyətin monitorinqi və qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.
Komissiya Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində məişət tullantıları poliqonlarında mövcud vəziyyətin monitorinqini aparacaq və nəticələri qiymətləndirəcək, sakinlərin sağlamlığının və ətraf mühitin mühafizəsi sahəsində vətəndaş müraciətlərini öyrənəcək, monitorinqlər əsasında təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.