XƏBƏRLƏR / Münaqişə

Paşinyan məğlubiyyətdən yaxasını kənara çəkdi

Baş nazir xalqa müraciət edib

Paşinyan məğlubiyyətdən yaxasını kənara çəkdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Baş nazir Nikol Paşinyan separatçıların imzaladığı kapitulyasiya sənədinin mətnindən xəbərsiz olduğunu bildirib. "Ermənistan Respublikası bu mətnin hazırlanmasında heç bir şəkildə iştirak etməyib və danışıqlarda tərəf olmayıb" - Nikol Paşinyan deyib.

     "Mətndə “Ermənistan Respublikası silahlı qüvvələrinin qalan bölmələri haqqında” fikir qeyd olunur. Bu fakt bizə aydın deyil, biz dəfələrlə demişik ki, 2021-ci ilin avqustundan bəri Ermənistan Respublikasının Dağlıq Qarabağda ordusu yoxdur".
     

    Daha sonra o, qeyd edib ki, "Əgər sülhməramlılar belə bir təklif irəli sürüblərsə, bu o deməkdir ki, onlar Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi üçün tam və istisnasız olaraq məsuliyyəti öz üzərilərinə götürürlər”.