XƏBƏRLƏR / Münaqişə

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması üçün ayrılan 10 günlük müddəti avqustun 8-də bitir

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Donald Tramp bildirib ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanması üçün ayrılan 10 günlük müddət bitdikdən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

    ABŞ Prezidenti qeyd edib ki, onların hər hansı bir xeyir verəcəyinə əmin deyil.

    "Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Sanksiyaların onu narahat etdiyinə əmin deyiləm. Onlar sanksiyaların nə olduğunu bilirlər. Mən sanksiyalar, tariflər və başqa hər şeyi hamıdan yaxşı bilirəm. Bunun bir xeyri olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - ABŞ Prezidenti bildirib.