Trampın ultimatumundan sonra Rusiya daha da azğınlaşıb
Ukrayna paytaxtı Kiyev aramsız atəşə tutulur, yaşayış binaları hədəfə alınıb, 9 mülki şəxs ölüb

Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə ölən və yaralananların sayı artıb.
Ukrayna mediası xəbər verir ki, hücum zamanı yaşayış binaları hədəfə alınıb, 9 mülki şəxs ölüb, 82 nəfərdən çoxu isə yaralanıb.
Ölənlərdən biri, yarlananlardan isə 9-u azyaşlıdır. Ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya münaqişəni dayandırmaq üçün əvvəl 50 gün, sonra 10-12 gün, daha sonra 10 günlük möhlət vermişdi. Bundan sonra Rusiya silahlı qüvvələri paytaxt Kiyevə indiyədək görünməyən dəhşətli zərbələr endirir.