HƏMAS beş günlük atəşkəs tələb edir
Yalnız bunun müqabilində əcnəbi girovlar azad ediləcək
HƏMAS beş günlük atəşkəs müqabilində əcnəbi girovları azad edəcək.
Bunu HƏMAS lideri Əli Barakeh "Financial Times" qəzetinə deyib.
O əlavə edib ki, İsrail vətəndaşlarının azad edilməsi üçün əlavə şərtlər qoyulacaq.
Bərakeh HƏMAS-ın əsir götürdüyü İsrail əsgərlərini azad etməyəcəyini və onları əsir mübadiləsi üçün buraxacağını bildirib.
İsrail tərəfinin yaydığı məlumata görə, HƏMAS yaraqlıları 229 nəfəri girov saxlayır.