XƏBƏRLƏR / Münaqişə

İsraildə sakinlərin misli görünməmiş təxliyəsi

Sderot şəhərində 30000 adamın geniş miqyaslı təxliyəsi başladı

İsraildə sakinlərin misli görünməmiş təxliyəsi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsraildə sakinlərin görünməmiş təxliyəsi

    BBC News-un rus xidməti xəbər verir ki, İsrailin cənubunda, təxminən 30 min əhalisi olan Sderot şəhərində genişmiqyaslı təxliyə başlayıb. Kalimi şəhər merinin müavininin sözlərinə görə, artıq əhalinin üçdə ikisi təxliyə edilib. Sakinlər Təl-Əviv, Qüds və Eylata köçürülür.

    "Bu, ölkə tarixində bütöv bir şəhərin ilk təxliyəsidir", - BBC vurğulayır.